Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.
Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib.
“Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, - deyə Çelik bildirib.
O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.
Mənbə: “Haber Global”