Bir ümumqoşun ordusundakı hərbçilərin sayı 100 mindən -120 minədək olur...
Xarkov vilayətinin İzyum şəhərində komandirlərin səriştəsizliyi səbəbindən Rusiya Federasiyasının 35-ci ümumi hərbi ordusunun demək olar ki, hamısı məhv edilib. Komandirlər döyüş çağırışlarını nəzərə almayıb, ağır artilleriya vaxtında təmir olunmayıb, bölmələr lazımi avadanlıqla təmin edilməyib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu ("ISW") rus mikrobloqerinin məlumatlarına əsasən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələrinin də komanda mərkəzləri ilə effektiv əlaqəsi olmayıb və işğalçılar şifrəli telefonların çatışmazlığı səbəbindən ani mesajlaşma proqramlarına arxalanıblar.
RF-nin Quru qoşunlarının 35-ci ümumqoşun ordusu Şərq hərbi dairəsində - Uzaq Şərqdə - Amur vilayətinin Amursk şəhərində dislokasiya olunub. Ümumi məlumatlara görə, bir ümumqoşun ordusundakı hərbçilərin sayı 100 mindən -120 minədək olur. 35-ci ordunun ümumi sayı göstərilməsə də, ordunun tərkibində 7 briqada, 1 əlahiddə alay, 2 əlahiddə tabor və 1 əlahiddə bölük olduğu bəllidir. Təbii ki, 35-ci ordunun hamısı Ukraynaya gətirilməyib. Amma həmin ordunun İzyum şəhəri yaxınlığındakı birləşməsində on minlərlə hərbçi olduğu ehtimal edilir...