ABŞ-ın irəli sürdüyü arqumentlərdən asılı olmayaraq, Ukraynaya istənilən silah tədarükü Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini artırır.
Bu açıqlama ilə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
Rusiyanın XİN rəsmisi qeyd edib ki, ABŞ uzun illər Ukrayna münaqişəsinin həllinə cəhd göstərməyib:
“Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra isə vəziyyətə məsuliyyətli, sağlam yanaşmanın qalıqları sadəcə olaraq aradan qaldırıldı. İndi Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün hər şeyi etməyə çalışır”.