Ukrayna mediası Rusiya ordusuna məxsus texnikaların sıradan çıxarılması barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, saytlar Luqansk vilayətində reallaşdırılan əməliyyat zamanı "Stuqna" raketi ilə vurulan rus hərbi maşının çətin hədəf olduğunu yazıblar.
"Çünki kəşfiyyatı və patrul maşını olan bu avtomobil hərəkətdə olub. Stuqna adətən ya yavaş hərəkət edən ya da yerində dayanan zirehli texnikaları sıradan çıxarır. Çünki o idarə olunan raket atır. Əgər raket hədəfə yaxınlaşarkən hədəf tərpənirsə mərmi ondan yan keçir. Yayılan videoda hərbçilərimiz peşəkarcasına "Stuqna"nı idarə ediblər. Vurulan maşın BRDM-2 olub, əməliyyatı isə Kral Daniel adına 24-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri reallaşdırıblar.