“Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib” - Ukrayna MN

“Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib” - Ukrayna MN backend

Ukrayna ərazisində Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib.

Report.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin cəbhənin hansı istiqamətində baş verdiyi açıqlanmayıb. Bildirilib ki, tapşırıqların yerinə yetirildiyi ərazilərin birində Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyatçıları Rusiyanın mühəndis bölmələrini uğurla məhv ediblər.

Qeyd edək ki, Ukrayna tərəfinin məlumatına görə, indiyədək Rusiya Silahlı Qüvvələrinin 30 500 hərbçisi zərərsizləşdirilib.

loading...
Diaspora