İkinci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyətini hələ də qəbul edə bilməyən Rusiyadakı erməni lobbisi Bakı ilə İrəvan arasında son zamanlar sülh istiqamətində atılan addımları sabotaj etməklə məşğuldur.
Rusiyalı dissident akademik Andrey Saxarovun Moskvada yoxa çıxan abidəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndidə peyda olması bu sabotajın tərkib hissəsidir.
Rusiyada insan hüquqlarının müdafiə simvolu hesab olunan Saxarovun adı ilə bağlı olan hər şeyin qadağan olunduğu dövrdə Xankəndidə ermənipərəst akademikin heykəlinin peyda olması və rusiyalı hərbçilərin abidənin açılışında iştirakı haqlı suallar doğurur.
Ətraflı İctimai Televiziyanın süjetini təqdim edirik: