Zelenski öləcəyi təqdirdə “B planı”nı açıqlayıb

Zelenski öləcəyi təqdirdə “B planı”nı açıqlayıb backend

“Kiyevin ölkə rəhbərliyindən hər-hansı birinin, xüsusən də dövlət başçısının ölümü halında “B planı” var”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı halında Ukrayna hökuməti tədbirlər görməyə hazırdır.

“Bizim qanunvericiliyə görə, dövləti idarə edən var. Biz hazırlıqlı idik və bölünmüşdük – mən, baş nazir və parlament rəhbəri”, - deyə Zelenski qeyd edib.

O həmçinin bəyan edib ki, Ukrayna parlamentli-prezidentli respublikadır.

“Biz başa düşürdük ki, bu və ya digər itkilər olarsa, bu prosesə hazır olacağıq”, - deyə siyasətçi bildirib.

O əlavə edib ki, Ukrayna Nazirlər Kabineti iki hissəyə bölünüb.

“Bu, ölkənin hətta belə nəticələrdən də qoruna bilməsi məqsədi daşıyırdı”, - deyə o vurğulayıb.

Bundan əvvəl Zelenski xüsusi xidmət orqanlarının və xarici tərəfdaşların Rusiya müharibə əməliyyatları başlayandan sonra ölkəni tərk etmək tövsiyələrinə baxmayaraq Ukraynada qalmağa qərar verdiyini bildirmişdi.

Qeyd olunur ki, daha öncə “The Washington Post” ABŞ-ın Ukraynada hadisələrin inkişafı üçün müxtəlif variantları nəzərdən keçirdiyi, o cümlədən Zelenskinin Polşada “mühacirətdə olan hökumət” yarada və Qərb ölkələrinin Rusiya ordusu ilə döyüşmək üçün silahla təmin edəcəyi müqavimət qüvvələrinə rəhbərlik edə biləcəyi ilə bağlı yazı dərc etmişdi.

Mənbə: Gazeta.ru 

Diaspora