“Pençe-Kilit” əməliyyatı: Türkiyə şəhid verdi, yaralılar da var

“Pençe-Kilit” əməliyyatı: Türkiyə şəhid verdi, yaralılar da var backend

Türkiyə Milli Müdafiə Nazirliyi “Pençe-Kilit” əməliyyatı bölgəsində baş verən qarşıdurmada üç əsgərin şəhid olduğunu açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İraqın şimalında PKK terrorçulara qarşı mübarizədə dörd əsgərin də yaralandığı bildirilir.

Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir:

“24 may 2022-ci il tarixində Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada 3 qəhrəman əsgərimiz şəhid olub, 4 qəhrəman hərbçimiz isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.

Millətimizin başı sağ olsun!”

 

Diaspora