Türkiyə dənizdə hərbi təlimlərə BAŞLAYIB

Türkiyə dənizdə hərbi təlimlərə  BAŞLAYIB backend

Türkiyənin Şərqi Aralıq dənizində “Kurtaran-2022” hərbi təlimləri başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, təlimlərə 12 ölkədən 26 müşahidəçi qatılıb. Müşahidəçi ölkələr arasında Azərbaycan da var.

 

Mayın 27-dək davam edəcək təlimlərə Aksaz Dəniz Baza Komandanlığında müşahidəçilərin iştirakı ilə keçirilən brifinqlə start verilib.

 

Məlumata görə, təlimlərə Türkiyənin yeddi gəmisi, üç sualtı gəmisi, bir təyyarə, iki helikopter, bir pilotsuz uçuş aparatı (İHA), iki sahil mühafizə qayığı və polis axtarış-xilasetmə briqadasının əməkdaşları cəlb olunublar.

 

Qeyd edilib ki, təlimlər dəniz altında axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.

Diaspora