Əsgərlər döyüşməkdən imtina edir, "İsgəndər" raketləri qurtarıb, Çin ratsiyaları şifrələmir...

Əsgərlər döyüşməkdən imtina edir, "İsgəndər" raketləri qurtarıb, Çin ratsiyaları şifrələmir... backend

Ay yarım - iki aydan sonra Ukrayna Silahll Qüvvələri miqyaslı əks- hücuma başlayacaq və bu hücum uğurlu ola bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə "Meduza" nəşrinə müsahibəsində "Conflict İntelligence Team" müstəqil araşdırmaçılar qrupunun təsisçisi Ruslan Leviyev bəyan edib.

 

"Cəmiyyətdə əks- hücum sorğusu çox güclüdür. Ukrayna generalları və Zelenskinin özü bu mənada cəmiyyətin fikrinə diqqət edirlər. Bunun üçün ehtiyatlar mövcuddur. Ukraynada hərbi vəziyyət elan edilib. Yeni texnika artıq meydana çıxır. Ayyarım- iki aydan sonra biz vəziyyətin Rusiyanın xeyrinə olmadığını görəcəyik. Böyük ehtimalla onlar Donbasdan başlayacaq və Rusiya ordusunun təchizat yollarını kəsməyə cəhd edəcək", - Leviyev bəyan edib.

 

Onun sözlərinə görə, cəbhələrdə vəziyyətin mümkün strateji dəyişilməsi məsələsi bir neçə günün söhbətidir: "Rusiyanın ən döyüş qabiliyyətli bölmələri güclü əzilib, texnikada itkilər var, tankların sayı azalıb. Raketləri isə praktiki olaraq qurtarıb, biz "İsgəndər"ləri son zamanlar, ümumiyyətlə, görmürük".

 

"Ukrayna isə, əksinə, daha çox silahlar əldə edir, əsgərlərin sayı artır. Səfərbərlik nə qədər gec olacaqsa, onun effekti bir o qədər azalacaq", - Leviyev deyib.

 

O, araşdırmaçıların məlumatlarına əsaslanaraq,  Rusiyanın canlı qüvvədə mümkün itkilərini açıqlayıb: "Bu mövzunu çoxdan müzakirə etməmişik, amma son dəfə beş min rusiyalı hərbçi və iki min separatçı olub. Cəmi yeddi min təşkil edib".

 

Leviyev hesab edir ki, Rusiya ordusu hələ də radioelektron müharibədə problemlərin öhdəsindən gələ bilməyib: "O problemlərin hamısı qalıb. Çoxlu işlək olmayan texnika var, əvvəlkitək açıq mülki tezliklərdən istifadə edilir və Çinin ratsiyaları əlaqəni şifrələmir".

 

Leviyev Rusiyanın nizami ordusunda çoxlu sayda xidmətdən imtina edənlərin olduğunu deyib: "Getdikcə daha çox əsgər cəbhə xəttinə, hətta sərhədə getməkdən imtina edir. Müxtəlif hərbi hissələrdə, müxtəlif dəyərləndirmələrə görə, belələri 30- 40 faiz təşkil edir. Onların gerçək sayı rəhbərlikdən gizlədilir, ona görə də yuxarı komandanlıq sərhəddə olan qoşunların həqiqi sayını bilmir...Xidmətdən imtina edənlər ayrıca bloklarda yaşayır, onları təsərrüfat işlərilə yükləyirlər: xəndək qazır, texnika və döyüş sursatı daşıyır, təsərrüfat ehtiyaclarını təmin edirlər. Onlara daima psixoloji təsir göstərilir. Hər gün sıra düzümündən başlayır,  deyirlər ki, bunların uğrunda həlak olan döyüş yoldaşlarını, qardaşlarını atırlar".

 

Leviyevin fikirləri müəyyən dərəcədə Ukraynanın "Senzor" nəşrinin baş redaktoru Yuri Butusovun dəyərləndirmələri ilə üst- üstə düşür.

 

Xatırladaq ki, dünən Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Ukraynadakı müharibə özünün final mərhələsinə qədəm qoyub, bu zaman əks- hücum və işğal edilən ərazilərin azad edilməsi gözlənilir.

Diaspora