Zelenski: “Qələbəmiz döyüş meydanında olacaq”

Zelenski: “Qələbəmiz döyüş meydanında olacaq” backend

Düzdür, biz bu müharibəni başlamamışıq, amma biz onu bitirməliyik. Düşündüm ki, biz bunu sırf dialoqla bitirə bilərik.

Apa-nın UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

 

O, əvvəl dialoqda Rusiya tərəfi ilə bir çox suallara cavab tapmaq və bir çox həll yollarını tapmaq mümkün olacağına inandığını qeyd edib.

“Qələbə çox çətin olacaq, qanlı olacaq, mütləq döyüş meydanında olacaq, amma sonu mütləq diplomatiya çərçivəsində olacaq. Mən buna əminəm. Çünki bəzi şeylər var ki, biz onları danışıqlar masası xaricində yekunlaşdıra bilməyəcəyik... Çünki biz hər şeyi geri qaytarmaq istəyirik, Rusiya Federasiyası isə heç nəyi vermək istəmir. Ona görə də sonluq belə olacaq”, - Zelenski əlavə edib.

Diaspora