Ukrayna müharibəsində heç-heçə mümkün deyil

Ukrayna müharibəsində heç-heçə mümkün deyil backend

Ölkəni müharibəyə sürükləyib, “dəli filin” ayaqlarının altına altıb, sonra da “dayansanız, məhv olarsız” hökmü vermək beləmi asandır?  

Ukraynadakı müharibə haqda son 48 saatda üç diqqətçəkən bəyanat oldu. Əvvəl Blinken bir az da ikibaşlı səslənən açıqlama ilə yadda qaldı. ABŞ dövlət katibi dedi ki, “Rusiya sabah döyüşü dayandırsa, müharibə bitəcək. Əgər Ukrayna döyüşü dayandırsa, daha bu dövlət qalmayacaq”. Prezident Zelenski isə xalqa ənənəvi müraciətində müharibənin son mərhələsinin başladığını, qalib gələ biləcəklərini, amma bunun on minlərlə insanın ölməsi hesabına mümkün olacağını dedi. Nəhayət, Rusiyanın müdafiə nazirinin açıqlamasına baxaq. Şoyqu isə bəyan etdi ki, hərbi əməliyyat uğurla gedir və rus ordusu Donbasda nəzarət etdiyi əraziləri genişləndir. Müdafiə naziri əlavə edib ki, qondarma “Luqansk respublikası yaxın günlərdə tam azad ediləcək”.  

Ukrayna lideri Zelenski: Donbass cehenneme döndü

Blinkenin Ukraynaya yönəlik belə sərt bəyanatının arxasında nələrin gizləndiyini demək çətindir. Bəzi məlumatlara görə, hərbi rəhbərliklə (Baş Qərargahla) Zelenski arasında müharibənin gedişi ilə bağlı gərginlik var. Xüsusilə, mayın 9-da Zelenskinin əmri, Qərb kuratorlarının rəhbərliyi ilə uğursuz İlan adası əməliyyatında Ukrayna ordusunun ciddi hərbi və insan itkisi verməsinin bu gərginli artırdığı deyilir. Son günlər Ukrayna ordu hissələrinin ayr-ayrı bölmələri videolar paylaşaraq, ordunun heç bir lazımı təhcizatı olmadığı, ön mövqelərdə  heç kimin onlarla maraqlanmadığı haqda danışırlar. “Azov” döyüşçülərinin 2 min nəfərə yaxınının təslim olmasının da əslində ordu rəhbərliyinə bir etiraz olduğu, onlara inamlarının qalmadığı kimi izah edilir. Amerika əlbəttə ki, Kiyev rəhbərliyi içərisindəki vəziyyətdən yaxşı məlumatlıdır. Böyük müharibədə belə fikir ayrılıqları həmişə olur. Stalin müharibədə marşal Jukovu bir neçə dəfə vəzifəsindən azad etmişdi də... Yəni bu iddialar doğru olsa belə, təəccüblü və qorxu deyil. 

Blinkenin açıqlamasından sonra Zelenskinin dediklərini əslində Amerika rəsmisinə cavab kimi də anlamaq olar. Zelenski demək istəyir ki, sonuncu ukraynayıladək vuruşmaq olar, amma bu on minlərlə itki deməkdir. Daha bir nəticə odur ki, Qərb Ukraynanı velosiped halına gətirib. Necə yani “dayansanız, yıxılacaqsınız, dövlət məhv olacaq”. Bu müharibənin nəhayət,  bir sonu olmayacaqmı? Ukraynaya dəstək motivasiyası beləmi olur?  Ölkəni müharibə  bəlasının içərisinə sürükləyib, “dəli filin” ayaqlarının altına altıb, sonra da “dayansanız, məhv olarsız” hökmü vermək beləmi asandır?

1646896356_275593916_650894516191459_213766524286978317_n.jpg (32 KB) 

ABŞ 40 milyardlıq yardım paketini Senatda təsdiqlədi və qalır texniki məsələ, yəni hazırda güney Asiyada səfərdə olan Baydenin onu imzalaması. Amma ABŞ fantastik rəqmlə ifadə olunan yardıma baxmayaraq, Rusiya üzərində Ukraynanın mütləq qələbəsi haqda   danışmaqdan da vaz keçməlidir. Amerika və NATO Rusiyanın işğal planlarının qarşısını almaq üçün bütün lazımı dəstəyi göstərir, amma belə görünür ki, Rusiyanın yaxın planı- Donbası Ukraynadan qoparmağı əngəlləmək üçün yetərli deyil, ya da gecdir.  

 Ukraynanın Amerika və Avropanın lazımi yardımı ilə Rusiyanı hərbi əmliyyatlara  başlamazdan əvvəl mövqelərinə geri çəkə biləcəyinə, inamlı qələbə qazanacağına  inandırmaq elə əvvəldən də təhlükəli president idi. Qərbin Ukraynaya “qələbə qazanılana qədər” dəstək verməklə bağlı bəyanatları danışıqları və münaqişənin sonunu yaxınlaşdırmır. Bunu  “zelenskiçilərin” xoşu gəlməsə də, şəxsən dəfələrlə yazmışam. Ukraynanın 2014-cü ildən bəri Rusiyanın ələ keçirdiyi bütün əraziləri geri qaytaracağı, qətiyyətli hərbi qələbəsi indilikdə real deyil. (Bu bir az da indi revanşist ermənilərin Azərbaycanın üzərində qələbə qazanmaq xəyalına da bənzəyir). Ən azı ona görə ki, Rusiya ordusu hələ güclüdür və prezident Putin geri çəkilməyə qətiyyən meylli deyil. Ukraynanın gələcəy taleyini o vaxt düşünmək lazım idi ki, Rusiya Donbasla bağlı indikindən daha məqbul variantlar təklif edird, ölkə darmadağın edilməmişdi. İndi bu barədə təhdidedici “dövlət məhv olacaq” kimi danışmaq  dost mövqeyi deyil. Demək, ABŞ-da, Qərb də sanksiyalara baxmayaraq, məqsədinə tam çata bilməyib, ona görə “davam” deyirlər...    

2021-06-15_192815.jpg (53 KB)  

Ukrayna Qərb sayəsində 2014-cü ildən bəri ordusunu əhəmiyyətli dərəcədə gücləndirib, bunlar olmasaydı, Rusiyanın işğal iştahası daha böyük ola bilərdi. Amma müasir silahlar belə, Rusiyaya qarşı durmaq üçün hələ ki, yetərli deyil gerçəkliyi də var. Daha bir neçə il müharibəyə isə Ukraynanın gücü yoxdur. Rusiya da o qədər avam deyil ki, Qərbin uzunmüddətli müharibə planına uyğun oynasın. Donbası işğal altına alarsa, danışıqlar Rusiya üçün aktual olacaq, Kiyev isə indidən daha az itkilər haqda düşünməlidir. Əgər münaqişə real danışıqlara gətirib çıxarsa, Ukrayna liderləri kompromis tələb edəcəyi ağrılı ərazi qərarları qəbul etməli olacaqlar. Təəssüf ki, bu müharibəni Ukrayna üçün heç-heçə bitirmək mümkünsüzdür...   

Qərb Zelenskiyə Vaşinqton və NATO-nun Rusiyaya qarşı nə qədər müqavimət göstərəcəyinin və Ukraynanı silah və pulla təmin etməyin hüdudlarının nə qədər olduğunu nəhayət, başa salmalıdır. Ukrayna hakimiyyətinin real mənzərəyə əsaslanması vacibdir. Yox, bu müharibəni sonsuzadək uzatmaq  istəyəcəklərsə, o zaman doğrudan da Ukrayna dövləti qalmaya bilər. Bunu istəyirlər?

Musavat.com

Diaspora