Mariupol 81 gündən sonra təslim oldu

Mariupol 81 gündən sonra təslim oldu backend

Ukrayna müharibəsinin dirəniş simvoluna çevrilən Mariupolun müqaviməti qırılıb.

Modern.az xəbər verir ki, şəhər 81 günlük mühasirədən sonra Rusiya qüvvələrinə təslim olub.

"Azov" alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko məlumatı təsdiqləyib. O bildirib ki, alay döyüşçülərin həyatını xilas etmək üçün müdafiənin dayandırılması əmrini Ukraynanın ali hərbi rəhbərliyindən alıb.

Ukrayna tərəfinin açıqladığı rəsmi məlumata əsasən, Rusiya hərbçilərinin hücumları nəticəsində Mariupolda 10 min nəfərdən çox insan həlak olub.

Diaspora