Arestoviç Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI

Arestoviç Rusiya ilə barışığın yeganə variantını  AÇIQLADI backend

“Rusiya ilə kompromis və onu “sakitləşdirmək” üçün Ukrayna ərazisinin bir hissəsini işğal etməsilə barışmaq baş tutmayacaq - işğalçılar ölkəmizi tamamilə tərk etməlidirlər”.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib və əlavə edib ki, indi düşmənlə hər-hansı barışıqdan söhbət getməməlidir.

“Barışığın yeganə variantı Rusiyanın kapitulyasiya sənədini imzalaması, qoşunlarını çıxarması və kompensasiya haqqında danışmaqdır. Bu, dövlət rəhbərliyinin prinsipial mövqeyidir”, - deyə Arestoviç bildirib.

O vurğulayıb ki, bunlar təkcə prezident və ölkə rəhbərliyinin yox, həm də diplomatların, eləcə də Ukraynanın beynəlxalq tərəfdaşları - ABŞ və Böyük Britaniyanın şərtləridir.

“Avropadakı xəyalpərəstlərin hər şeyin nə qədər qeyri-müəyyən olduğunu təsəvvür etməyə vaxtları var, lakin Rusiyanın hərbi məğlubiyyəti və bütün düşmən əsgərlərin Ukraynadan çıxarılması istisna olmaqla, bunların heç biri baş verməyəcək”, - deyə Arestoviç əlavə edib.

Onun sözlərinə görə, bəzi ölkələr Minsk razılaşmalarını təkrarlamaq, o cümlədən nəyin bahasına olursa-olsun atəşkəsə çağırmaq istəyirlər.

“Rusların burada qalmasına icazə verəcəyimiz variant olmayacaq. Ayrı-ayrı ölkələr danışıqlara cəhd edə bilər, lakin biz Avropada hansı çoxşaxəli proseslərin getdiyini görürük. Onlar bəzən tərəddüd edəcəklər, çünki bu, Avropanın siyasət məktəbidir”, - deyən Arestoviç Rusiya Federasiyası, Fransa və Almaniya arasında müəyyən bir oyun keçirilə biləcəyini sözlərinə əlavə edib.

O, bu davranışı qəribə mövqe adlandırır. (oxu.az)

Mənbə: UNİAN

Diaspora