Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş  SİYAHI backend

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 28500 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1254 tankı, 3063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 203 təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası, 13 gəmisi, 455 kəşfiyyat PUA-sı, 43 xüsusi texnikası, 103 qanadlı raketi məhv edilib.

Diaspora