Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...

Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi... backend

Ukrayna aviasiyası düşmən texnikasının toplusuna zərbə vurub: Rusiyanın 20-yə yaxın zirehli texnikası, canlı qüvvəsi və sursatları məhv edilib.

 

Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

 

Mayın 18-də Hərbi Hava Qüvvələrinin zərbə təyyarələri qırıcıların qoruması altında düşmən texnikasının bir dəstəsinə hücum edib. İlkin məlumatlara görə, düşmənin 20-yə yaxın zirehli texnikası, canlı qüvvəsi və döyüş sursatı məhv edilib.

 

Bundan əlavə, Dnepropetrovsk vilayətində zenit-raket qüvvələrinin bölmələri 1 qanadlı raketi, Xarkov vilayətində isə "Su-34" qırıcı-bombardmançısını məhv edib.

 

“Əldə edilən danışıqların radio-tutmalarıyla bağlı məlumatlar göstərir ki, Rusiya təyyarəsinin mühərriki alovlanıb və pilotlar katapültə olunublar”, - komandanlıq bildirib.

 

"UNİAN"-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 18-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiyanın "Su-34" qırıcı-bombardmançı təyyarəsini məhv ediblər. Bu, Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında baş verib.

Diaspora