Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Rusiyanın Ukraynadakı müharibədə itkiləri backend

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 28 300 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1251 tankı, 3043 zirehli döyüş maşını, 586 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 91 HHM sistemi, 202 təyyarəsi, 167 helikopteri, 2137 avtomobil texnikası, 13 gəmisi, 441 kəşfiyyat PUA-sı, 43 xüsusi texnikası, 102 qanadlı raketi məhv edilib.

loading...
Diaspora