Xarkovda Ukrayna əsgərləri Rusiya tankını vurdular - VİDEO

Xarkovda Ukrayna əsgərləri Rusiya tankını vurdular - VİDEO backend

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiyanın “T-80” tankına təşkil etdikləri “ovu” nümayiş etdiriblər. Kadrlarda Ukrayna SQ piyadalarının hücumundan sonra tankın yandığı görünür.

Daha əvvəl “Bayraktar”ın Rusiyanın “T-80” tanklarının “öhdəsindən necə gəldiyi” ilə bağlı kadrlar yayılmışdı: Bir neçə dəqiqə ərzində hədəf iki kilometrə yaxın yüksəklikdən tank əleyhinə raketlə məhv edilib.

Qeyd edək ki, Baş Qərargahın məlumatına görə, mayın 18-də, səhər saatlarında Ukrayna əsgərləri artıq düşmənin 1235 tankını məhv ediblər. O cümlədən təkcə son 24 saat ərzində 16 ədəd tank sıradan çıxarılıb. (oxu.az)

Diaspora