"Melitopolda partizanlar yüksək rütbəli Rusiya hərbçilərini məhv etdi..."

"Melitopolda partizanlar yüksək rütbəli Rusiya hərbçilərini məhv etdi..." backend

İşğal altındakı Zaporojye vilayətinin Melitopol şəhərində Rusiya işğalçılarını məhv edən partizanlar fəaliyyət göstərir.

 

Moderator.az Ukraynanın "24TV" kanalına istinadla xəbər verir ki, bu barədə mayın 17-də vilayət hərbi administrasiyası(VHA) telegram-kanalda məlumat yayıb.

 

"Melitopolda partizanlar yüksək rütbəli Rusiya hərbçilərini məhv ediblər. İşğalçılar bu vəziyyəti gizlətməyə çalışırlar. Amma bu gün şəhərdə rus hərbçiləri şəxsi maşınları intensiv yoxlayırlar, ehtimal ki, partizanları axtarırlar", - məlumatda belə deyilir.

 

Regional administrasiyanın məlumatına görə, işğalçılar Melitopola internet şəbəkələrində “Müharibənin əvvəlində hakimiyyət şəhəri təslim etdi”, “Ukrayna Melitopolu tərk etdi, buna görə də təxliyə baş vermir, maaşlar verilmir” ,“Ukrayna Silahlı Qüvvələri Melitopola gələndə şəhər bombalanacaq” və s. kimi rusiyapərəst feyklər yayan  radioelektron mübarizə vasitələri gətiriblər.

 

"Bütün bu düşmən mesajları yalnız ona yönəlib ki, Melitopol əhalisi işğalçılarla əməkdaşlığa razılaşıb qanuni Ukrayna hakimiyyətinə etibar etməyi dayandırsınlar", - deyə  Zaporojye VHA-dan belə izah ediblər.

 

Ukraynanın cənubunda partizan hərəkatının fəal olduğunu Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də  "Feyqin LİVE" kanalına müsahibəsində də təsdiqləyib.

Diaspora