Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan çıxarılan ağır yaralı ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək..
Qaziler.az bildirir ki, xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, ötən gün “Azovstal” zavodundan çıxarılan 52 ağır yaralı ukraynalı hərbçinin vəziyyəti stabilləşdikdən sonra rusiyalı əsirlərlə dəyişdiriləcək.
Qeyd edək ki, sözügedən 52 yaralı ukraynalı hərbçi Novoazovsk xəstəxanasında müalicə alır.