93-cü “Xolodnıy Yar” adlanan ixtisaslaşdırılmış atıcı briqadasının ukraynalı hərbçiləri İzyum yaxınlığında Rusiya texnikasının məhv edilməsində "zərgər dəqiqliyi" ilə baş tutan bacarıqlarını nümayiş etdiriblər.
Qaziler.az UNİAN-a istinadən xəbər verir ki, döyüşlərdən çəkilən kadrlarında Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılan mərminin məhz işğalçıların tankının qülləsinə necə düşdüyü göstərilir.
Xatırladaq ki, ruslar İzyum yaxınlığında cəmləşmiş qüvvələrin iştirakı ilə yeni hücuma hazırlaşır.
Sözügedən döyüşdən olan kadrları təqdim edirik: