Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş Xerson şəhərində ukraynalı partizanlar fəallaşmağa başlayıblar.
Bu barədə sosial şəbəkələrdə bir çox məlumatlar yayılıb.
Ukraynalı partizanlar bir çox ərazilərdə Xersonun tezliklə azad ediləcəyi barədə vərəqələr yayırlar.
Şəhərin küçələrində işğalçılara ünvanlanan vərəqələr getdikcə daha da çoxalır. Onların üzərində aşağıdakı sözlər yazılıb:
“Diqqət! Rus dünyası sağlamlıq üçün təhlükəlidir!”;
“Silahlar əldədir - qələbə bizimdir”.
Həmçinin yerli partizanlar elektrik dirəklərinə və digər obyektlərə Ukrayna gerbini də çəkirlər. (oxu.az)
Mənbə: Unian.net