80 günlük əməliyyatdan yeni görüntülər: Terrorçulara kürdcə "Təslim ol" çağırışı - VİDEO

80 günlük əməliyyatdan yeni görüntülər: Terrorçulara kürdcə "Təslim ol" çağırışı - VİDEO backend

Türkiyə Silahlı Qüvvələrinin Ağrı dağında 80 gün davam edən və 11 terrorçunun məhv edildiyi əməliyyat zamanı hərbçilər türk və kürd dillərində terrorçuları təslim olmağa çağırıb.

Türk Silahlı Qüvvələri (TSK) uzun müddətdir davam edən "Eren-Kış" əməliyyatları çərçivəsində Ağrı dağındakı terrorçu yuvalarını məhv etmək üçün böyük əməliyyata başlayıb.

Bölgədə əldə edilən kəşfiyyat məlumatları ilə terrorçuların yerləşdiyi sığınacaqlar bir-bir müəyyən edilib.

Böyük və əlçatmaz mağaralara sığınan terrorçuların tutularaq zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat keçirilib.

Bu çərçivədə detektorlarla mağara girişləri təsbit edilib.

Aşkar edilən mağara girişləri tikinti texnikasının köməyi ilə açılıb və döyüş zamanı 11 terrorçu zərərsizləşdirilib.

Həmin anların yeni görüntüləri ortaya çıxıb.

Görüntülərdə türk əsgərinin terrorçuları sağ ələ keçirmək üçün böyük səy göstərdiyi görünür.

Hərbçilər dəfələrlə girişləri bağlanan və küncə sıxışdırılan terrorçulara “təslim olun” çağırışlarını türk və kürd dillərində təkrarlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən görüntüləri təqdim edir:

 

Diaspora