"Pəncə-Kilid" əməliyyatı: Türkiyə şəhid verdi

"Pəncə-Kilid" əməliyyatı: Türkiyə şəhid verdi backend

Türkiyə ordusunun İraqda keçirdiyi "Pəncə-Kilid" əməliyyatı zonasında terrorçular tərəfindən quraşdırılmış əldəqayırma partlayıcı qurğu partlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, partlayış nəticəsində Türkiyə ordusunun 1 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada 24 yaşlı əsgər Selman Gülərin şəhid olduğu açıqlanıb.

Yaralı hərbçilər dərhal xəstəxanaya yerləşdirilib.

Diaspora