Karkamış sərhəd zastavasına edilən xain hücuma qarşı aparılan antiterror əməliyyatı nəticəsində 52 terrorçu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, dünən Suriyanın şimalından Türkiyə ərazisinə endirilən zərbələrdən sonra başladılan yeni antiterror əməliyyatı nəticəsində türk hərbçiləri 52 terrorçunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi açıqlamada deyilir:
"Dünən baş verən xain hücumdan sonra Suriyanın şimalında terrorçuların hədəfləri dərhal atəşə tutulub, aparılan antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 52-yə çatıb. Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacayıq”.
Qeyd olunub ki, bölgədəki terrorçuların məhv edilməsi prosesi davam edir.