“Ukrayna ordusu Xarkovun şimalında əks-hücum əməliyyatlarını davam etdirir. Onlar Rusiya sərhədinə doğru bir neçə şəhər və kəndi geri alıb”.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında qeyd olunub.
Bildirilib ki, ilk vaxtlar Rusiya qoşunları Xarkovu mühasirəyə alsa da, ciddi itkilər veriblər: "Nəticədə itkiləri bərpa etməkdən ötrü ərazidən çıxmalı olublar. Bölmələr yendiən qruplaşdırıldıqdan sonra, çox güman ki, Siverski Donetsk çayının şərq sahilinə yerləşdiriləcək".
"Rusiya qüvvələrinin Xarkov vilayətindən çıxarılması onların Ukraynanın əsas şəhərlərini ələ keçirə bilməmələrinin göstəricisidir", - məlumatda bildirilib.