Ukrayna hərbçiləri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib - Baş Qərargah

Ukrayna hərbçiləri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib -  Baş Qərargah backend

Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir yaşayış məntəqəsini azad edib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Xarkov istiqamətində uğurlu əməliyyat zamanı vilayətin Pitomnik qəsəbəsi azad edilib.

"Bir çox yaşayış məntəqələrinin yerli sakinləri işıqsız və susuz qalıb. Ukraynanın nəzarətində olan əraziyə getmək Rusiya işğalçıları tərəfindən qadağan edilib", - Baş Qərargahın məlumatında bu da qeyd edilib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində cəbhədəki vəziyyəti şərh edərkən deyib ki, Ukrayna Silahlı Qüvvələri tədricən Rusiya hərbçilərini Xarkovdan sıxışdırıb çıxarır, regionun ərazisini azad edir.

Diaspora