Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərmanı Ali Radaya təqdim edib.
"Report" “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, fərmanı təsdiq edən müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında 7371 nömrəli qeydiyyatdan keçib.
Fərman 6 aydan gec olmayaraq Ukrayna Ali Radası tərəfindən təsdiq edilməlidir.
Qeyd edilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülki obyektlərini zorla müsadirə etmək barədə qərar qəbul edib.