“Ruslar hamımızı öldürmək istəyirlər, çünki...” – “Azov”un zabiti

“Ruslar hamımızı öldürmək istəyirlər, çünki...” –  “Azov”un zabiti backend

“Rəhbərlik etdiyim bölmə ruslara təslim ola bilməz, çünki mənə “Azovstal”ı müdafiə etmək əmri verilib və bunu poza bilmərəm”.

Bunu Ukraynanın “Azov” alayının kəşfiyyat idarəsinin zabiti İlya Samoylenko “Sky News” telekanalına müsahibəsində deyib.

“Təslim ola bilmərik, çünki bizə təslim olmaq əmri verilməyib. Əvvəlki əmri pozmayacağıq (Mariupolun müdafiəsi saxlamaq - red.). Bu, çox vacibdir. Biz əmrləri pozmuruq, əksinə, bunları açıq şəkildə yerinə yetiririk”, - ukraynalı zabit bildirib.

Samoylenko xatırladıb ki, rəhbərlik etdiyi bölmə Rusiyada “terror təşkilatı” kimi tanınıb. O, özü və döyüş yoldaşları barəsində Rusiyada həbs qətimkan tədbirinin seçildiyini deyib.

Samoylenko əlavə edib ki, bütün ukraynalı hərbçilər işğalçıların 25 mindən çox insanı qətlə yetirdiyi Mariupolda Rusiyanın cinayətlərinin şahididir, ona görə də ruslar onların sağ qalmasında maraqlı deyillər.

Samoylenko qeyd edib ki, hər gün onlar üçün sonuncu ola bilər, amma o, həyatı haqqında düşünmür, çünki bu önəmli deyil, müharibədə məğlub olacağı təqdirdə isə bu, Ukrayna üçün fəlakət olacaq. /Teleqraf.com/

Diaspora