Ukraynada daha bir muzdlu döyüşçü öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Hollandiyanın "Telegraf" saytı məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Hollandiyadan olan əsgər Ukraynanın şərqində ölüb. Nəşr mərhumun ailə üzvlərinə istinadən yazıb ki, Ukraynanın xarici legionuna könüllü kimi qatılmış 55 yaşlı Hollandiya vətəndaşı mayın 4-də Xarkov yaxınlığında artilleriya atəşi nəticəsində həlak olub.
Bildirilir ki, bu, Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatı başlayandan bəri hollandiyalı muzdlu əsgərin ölümü ilə bağlı ilk hadisədir.
Nəşr sosial şəbəkələrdən mərhumun qızının sözlərini də sitat gətirib:
“O, heç vaxt qərarından peşman olmayıb”.