Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib.
Report xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
PKK/YPG silahlıları “Barış Pinarı”, “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatı zonalarını atəşə tutan vaxt məhv edilib.
"Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edir”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.