10 iqlimli universitet, ağsaqqalların Naxçıvan konfransı və gecikən təyyarə - Reportaj - VİDEO

10 iqlimli universitet, ağsaqqalların Naxçıvan konfransı və gecikən təyyarə -  Reportaj - VİDEO backend

Bakı Naxçıvana qibtə etdi – küləyi səngitdi

6-sı axşam saatları idi, artıq iki gündür Naxçıvanda olan Türk Ağsaqqallar Birliyinin (TAİB) nümayəndələri Batabat yaylağına qalxırdılar. Yağış sulu qara çevrilmişdi, hər birimizə ani olaraq qışın soyuğunu hiss etdirdi. May aynda bir gün 4 hava şəraitinə düşmüsənsə, şübhəsiz Naxçıvandasan. 
Belə planlaşdırmışıdıq: səfərin sonuncu günü Əshabi-Kəhf ziyarətindən "Duz Dağı"na gedəcək, Batabat yaylağına qalxacaq və gecə Bakıya geri dönəcəkik. Soruş, geri dönmək istəyirdikmi?


Qəfil xəbər yayıldı ki, təyyarə reysi təxirə salınıb. Oteli tərk edən heyət ani durxdu, qonaqpərvərliyi möcüzə yaşadan ev sahibləri anındaca qərar verdilər – “Bu gün də qalırsız, universitetin qonaq evinin qapıları üzünüzə açıqdır”. Sanki Bakı bu qonaqpərvərliyə yaxşı mənada qibtə edirmiş, paytaxtda küləyin səngidiyini eşitdik, ardından öyrəndik, reyslər gecikmə ilə olsa da bərpa edildi.

 

Diqqətin, qayğının nümunəvi mənzərəsi
 
4-də gəlmişdik. Elə hava limanındaca bizi Naxçıvan Dövlət Universitetinin nümayəndələri qarşıladı. Hər saniyəmiz onların diqqəti, qayğısı, müşayəti ilə keçdi.  
TAİB və Naxçıvan Dövlət Universiteti birgə  "Heydər Əliyev və Türk dünyası" mövzusunda konfrans  təşkil etmişdi. TAİB sədri Sudeif İmamverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti - deputatlar Hikmət Babaoğlu, Ramil Həsən, təşkilatın üzvləri Eyvaz Hünbətov, Akif Cabbarlı, Nicat Dağlar, Hüseyn Babayev, Bayram Məmmədov, Elnur Eltürk, jurnalist Ceyhun Musaoğlu konfransın protokol heyətində təmsil olunurdular. 
 


9 iqlimli diyarın 10-cu iqlimi
 
Görüşlərimiz Heydər Əliyevin heykəlini və ulu öndərin muzeyini ziyarətlə başladı. NDU-nun rektoru Elbrus İsayevlə muzeyin qarşısında görşdük. İlk andaca Elbrus müəllimin bütün mənalarda davranışına əhsən demədən keçə bilmədik. Sonra bu əhsən bütün görüşlərdə, bütün söhbətlərdə dəfələrlə təkrar olundu. Rektorun rəhbəri olduğu universitetin abu-havası 9 iqlimli diyarın bütün iqlimlərini özündə necə cəmləşdiribsə, 10-cu iqlim yaradıb. Prorektorlar, şöbə müdirləri, kafedra rəhbərləri, müəllimlər, tələbələr həm savadda, həm istedadda, həm də insani keyfiyyətlərdə bir-birinin davamıdırlar. 
Muzeyi gəzirik. Heydər Əliyevin xüsusən siyasi irsinə aid xeyli maraqlı detallar, faktlar dil açıb danışır. Muzeyin xatirə löhvəsinə ürək sözlərimi də yazıram. Yazıram ki, ey dahi İNSAN, ruhunuz rahat olsun, biz yudlarımızı işğaldan azd etdik və bu mübarək tarixi bizə Sizin oğlunuz, cənab Prezident İlham Əliyevin Baş Komandanlığı ilə Ordu yaşatdı. Biz də Sizin kimi xoşbəxtik ki, azərbaycanlıyıq. 



Vasif Talıbovla görüşün tükənməz təəsüratı 
 
Nümayəndə heyətindən seçilən 5 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qəbul etdi. Görüşdən böyük məmnunluq hissi ilə ayrılan heyət cənab Sədrin konseptual xarakterli fikirlərindən müxtəlif məqamlarda istinad mənbəyi kimi yararlandılar, onun Naxçıvan barədə söylədiklərini çıxışlarının əsas tezislərindən biri kimi diqqətə çatdırdılar. 
 


Rekordlara imza atan Naxçıvan Dövlət Universiteti 
 
Növbəti görüş NDU-nin Beynəlxalq münaibətlər və hüquq fakültəsinin binasında gerçəkləşdi. Bəs necə, universitetin bütün fakültələrinin ayrı binaları – kampusları var. Rektorla keçirilən görüşdə bu istqamətdə aldığımız zəngin informasiya bizi heyrətləndirdi. NDU ilklərə imza ata-ata irəliləyir. 55 yaşı olan universitetin 12 fakültəsi, 8 min tələbəsi, mindən çox müəllim heyəti var. Əmək bazarına uyğun bütün ixtisasların tədris olunduğu ali təhsil ocağı kadr hazırlığına görə birincidir. Universitetin ayrıca texnoparkı fəaliyyət göstərir. Muxtar Respublikada olan özəl şirkətlər, dövlət müəssisələri tələbələri hələ oxuduqları dövrdə özlərinin təcrübə sahələrinə cəlb edir, indidən onlara işçi gözü ilə baxırlar. Təhsil əmək bazarına uyğun tədris edilir. Naxçıvanda tələb olunan bütün ixtisaslar üzrə vakant iş yerərinin siyahısına uyğun kadr hazırlanır. Demək olar ki, universiteti bitirənlərdən işsiz qalanları olmur, tələbələrin xaricdə təhsillərini davam etdirmələrinə də böyük imkanlar yaradılıb. NDU xaricdən təhsil alan tələbələrin sayına görə də rekord yerdədir. Rektordan onu da öyrənirik ki, xaricdən qəbul olmaq istəyənlərin sayında kvota müəyyənləşdirilib, əks təqdirdə NDU-da ali təhsil almaq istəyən xarici tələblərin sayı daha çox ola bilər. Məqsəd kəmiyyətə deyil, keyfiyyətə xidmət etməkdir. 
Rektor çıxışında həm məlumat verdi, həm də ulu öndər Heydər Əliyevin NDU ilə əlaqələrindən söz açdı, dahi ninsanın 4 dəfə universitetdə olduğunu qürurla söylədi. 
 


TAİB – Vətəndaş cəmiyyətinin avanqardı - QHT-lər QHT-si
 
TAİB sədri Sudeif İmamverdiyev səmimi qəbula görə cənab rektora minnətdarlığını bildirdikdən sonra rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verdi. Sədr görülən işləri sadaladı dinlədikcə göz önündə bir ilin ərzndə on ilin işini görmüş bir təşkilat canlanırdı.
Türkiyə, Kipr, Moldovada yaşayan nüfuzlu türk ağsaqqaları ilə əlaqələrin qurulması istəyi ilə bu ölkələrə səfərlər, görüşlərdə Azərbaycanın tanıdılması, böyük türk dünyasının qurulması yönündə atılan addımlar, ölkənin özündə görülən işlər TAİB-in QHT-lərə nümunə olduğunu təsdiqləyir. Rektor Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağı ilə belə bir təşkilatın əlaqələr qurmasının gələcəyə töhfə olduğunu vurğuladı.
 


Anında verilən qərar – tələbə jurnalistlər arasında müsabiqə keçirilsin 
 
Göüşdən sonra ustad dərsləri keçirildi Sudeif bəy, Hikmət bəy müvafiq ixtisas üzrə tələbələrin qonağı olurlar. Biz – Nicat Dağlar,  Akif Cabbarlı və mən jurnalist tələbələrlə görüşdük. Tələbələr arasında Bakıdan, Şəkidən, Bərdədən, Tərtərdən olanlar da var. Naxçıvan özündə Azərbaycanı birləşdirib. Gələcəyin jurnalistləri ilə maraqlı söhbətlərimiz oldu, həqiqətən həvəsli, bilikli, istedadlıdırlar. Sonra belə qərara gəldik ki, TAİB NDU-nun Jurnalistika fakültəsi tələbələri arasında yazı müsabiqəsi keçirsin, qalibləri mükafatlandırsın. Yaxın günlərdə müsabiqəyə start veriləcək. 
Bir günlük təəssüratımızı nə qədər bölüşsək də bitməz. Ev sahibləri ilə müvafiq vaxtlarda süfrə arxasında oturmalı olurduq. Sudeif bəylə, Elbrus bəyin söhbətlərindən doymaq mümkün deyildi.  Hər iki ziyalı Azərbaycan və azərbaycanlılar barədə o qədər dolğun fikirlər söyləyirdilər ki, adam öz ölkəsinə bir daha heyran olurdu. Sudeif bəy həkim, Elbrus bəy tarixçidir. Tibb sahəsi bizə sağlam həyat, tarix elmi sağlam düşüncə bəxş etmək üçündür. Ömrümüzə yazılan bu 3 gündə sağlam düşüncə ilə sağlam həyat yaşadıq əminliyini hər yerdə şəstlə deyə bilərik. 
 


“Ulu öndər Heydər Əliyev və türk dünyası” – unudulmaz konfrans
 
Türk Ağsaqqalları Birliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında Ümummilli Liderimizin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və türk dünyası” mövzusunda elmi-praktik konfrans mayın 5-də öz işinə başladı. 
Əvvəlcə ali təhsil ocağının İncəsənət fakültəsində “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxış oldu. Üç hissədən ibarət olan sərgidə 99 sayda kitab, elmi əsər və konfrans materialları nümayiş edilir. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin sənət əsərlərindən ibarət sərgidə rəngkarlıq, heykəltəraşlıq, tikmə, böyük stenddə ulu öndərin güllərdən hazırlanmış portreti və imzası olmaqla, ümumilikdə, 50-yə yaxın əl işi nümayiş olunur.
Universitetin rektoru Elbrus İsayev konfransda Heydər Əliyevin türk dünyasına verdiyi töhfələrdən söz açdı. Naxçıvandan başlanan yolun bütün dünyaya işıq saçdığını söyləyən rektor Azərbaycanın o işığın müşayətində bütün qaranlıqlara qürurla sinə gərdiyini, qəhrəmanlıq zirvəsinə ucaldığını vurğuladı. 
TAİB sədri, akademik Sudeif İmamverdiyev sədri olduğu qurumun fəaliyyətindən və birliyin türkdilli ölkələrdə keçirdiyi birgə görüşlərdən danışdı. TAİB-nin əsas məqsədlərini diqqətə çatdıran akademik qeyd etdi ki, son 30 ildə ölkəmizin qazandığı uğurlar, ictimai-siyasi sferada baş vermiş hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, gənclərə dövlətçilik siyasətinin mahiyyətini düzgün çatdırmaq bizim əsas hədəflərimiz sırasındadır.
O, vurğuladı ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Akademik Sudeif İmamverdiyev ulu öndərin apardığı məqsədyönlü siyasətin tarixi mərhələlərinə xronoloji ardıcıllıqla nəzər saldı, muxtar respublikada aparılan məqsədyönlü siyasəti umummilli liderin ideyalarına sadiqliyin təcəssümü kimi qiymətləndirdi.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” mövzusundakı çıxış edərək, Naxçıvanı Azərbaycanın dövlətçilik, mədəniyyət, ideoloji paytaxtlarından biri adlandıran professor qədim yurd yerinin tarixi yaddaş, milli mənəviyyat körpüsü olduğunu söylədi, Heydər Əliyevin siyasi irsini bütün türk dünyası ilə əlaqəli şəkildə təhlil etdi. 
YAP Universitet şəhərciyi ərazi təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyasından danışdı. Vurğuladı ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Ümummilli Liderin siyasi irsini öyrənmək, müstəqil dövlət quruculuğunda tətbiq etmək, gəncliyin tərbiyəsində bir mayaka çevirmək elmi, siyasi-nəzəri və pedaqoji sahələrdəki ən mühüm vəzifələrdən biridir.
“Heydər Əliyev və milli şüur konsepsiyası” adlı çıxışında universitetin Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev söylədi ki, Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin edib, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib. Bütün bunlara görə Ümummilli Lider XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyət, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi, dövlətçilik tariximizdə həmişəlik qalacaq və ehtiramla anılacaq Liderdir. Onun zəngin dövlətçilik təcrübəsi dünya siyasətçiləri tərəfindən təqdir edilir və yüksək qiymətləndirilir.
 


Peşəkarları belə, heyrətə salacaq tələbələrin kamera orkestri konserti
 
Sonra Naxçıvan Televiziyasının hazırladığı “Ulu öndər Heydər Əliyev və türk dünyası” adlı film nümayiş olundu. Rektor konfransdan xatirə olaraq akademik Sudeif İmamverdiyevə plaket və hədiyyə təqdim etdi. TAİB sədri belə mötəbər konfransa ev sahibliyi edən rektoru təşəkkürnamə ilə mükafatlandırdı.
Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konfransın bağlanış konserti oldu. Konsertdə Ümummilli Liderin əziz xatirəsinə həsr olunan və Onun sevdiyi mahnılar ifa olunub. “Azərbaycan”, “Sənsən xilaskar”, “Məşəl kimi yanan ürək”, “Alagöz”, “İlhamla sabaha” mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
 


Naxçıvan yaşıllığa bürünən səliqəli səlis diyar 
 
Yox, o alqışlar elə indi də səslənir. Tələbələr tam peşakar səviyyədə ifa edirdilər. Onların səhnə davranışı, parlaq simaları, səsləndirdikləri musiqi, oxuduqları mahnılar hər birimizdə xoş ovqat yaratmışdı. 
Kainata nə göndərsən, onu da geri alacaqsan. Biz 3 gün ərzində kainata ancaq xoş sözlər, saf niyyətlər göndərdik, geriyəsə ürəklərə səinlik gətirən ünsiyyət, havamıza bol oksigen qatan nur yağış qayıtdı. 
Naxçıvan şəhərini seyr etdikcə, səliqəyə, təmizliyə, yaşıllığa heyran olurduq. Burada elə bir gül, elə bir çiçək, elə bir ağac yoxdur ki, ona hər gün insan sığalı çəkilməsin. Yaşıllıqlar nazirliklər arasında bölünüb. Hər bir qurum öz ərazisinin qulluğunda böyük həvəslə durur. Yaşayış və iaşə binalarının quruluşu, fasadları göz oxşayır. Binaların adları eyni ölçüdə hərflərlə yazılıb, eyni dizayn, eyni işıqlandırma ilə təhciz olunub. Yollar çox enli və şüşəyə bənzəyən asfalt örtüklüdür. Qədim abidələrisə bu şəhərin fəxarət mənbəyidir. Gəzintilər zamanı Naxçıvanın ucqar dağ kəndlərində də olduq. Şəhərlə heç fərqi yoxdur. Məktəbi yerində, asfaltı üstündə, kommunal xətləri səliqə-səhmanında. 
 


Rektor Elbrus İsayev və onun komandası mükəmməldir 
 
Naxçıvan mükəmməl ansambla malik bir diyardır. Naxçıvanlılar barədə, onların bütöv xarakterə malik olduqları haqqında çox eşitmiş, dəfələrlə şahidi olmuşdum. Naxçıvanın özündəsə vətəndaşlar bu keyfiyyətləri daha qabarıq göstərə bilirlər. 
Başda rektor Elbrus İsayev olmaqla, prorektorlar Rafiq Rəhimov, Xəyal Camalov, universitet həmkarlarının sədri Elşən Məmmədov, Elm və innovasiya bölməsinin müdürü Rza Məmmədov, ali təhsil ocağının YAP sədri Arzu Abdullayev, Xarici əlaqələr şöpbəsinin müdiri İlahə Həsənova ali səviyyəli münasibətləri, davranışları ilə “ey könül mülkünün barı Naxçıvan” təqdimatını yaddaşımıza əbədəi həkk etdirmiş oldular. 
Əshabi-Kəhf ziyarətgahında olanda qurbanlar kəsdik. Dualarmız Azərbaycan dövlətinə, xaqlına ünvanlanmışdı, bir xüsusi duamız da qonağı olduğumuz ev sahibləri barədəydi.  Dedik: “Tanrı sizə həmişə xoş və fəxarətli günlər yaşatsın, əziz insanlar!”.
 


Daha bir mükəmməllik - Ramin Əhmədov və onun komandası 
 
Bizi 3 günlük səfər boyu uzaqdan addım-addım izləyən bir dəyərli şəxsiyyət da var. TAİB-in təsisçisi Ramin Əhmədov dəyərli qardaşım və həmkarım Nicat Dağların hər paylaşımından sonra zəng edib, səfər barədə fikirlərini söyləyirdi, nəyin necə olmasının daha effekt verə biləcəyi barədə fikir mübadiləsi aparırdı. 
Möcüzəvi marşrut xətti idi: bizi yola salanlar, bizi qarşılayanlar, bizə diqqət ayıranlar hər şeyi riyazi dəqiqliklə hesablamışdılar. Heç Nicat qardaşım imkan verərmi, bu dəqiqliyə xələl gəlsin. Hər görüşdən dərhal sonra məlumat yazılır, çəkilir və ictimaiyyətə təqdim olunurdu. Lap dəqiq olsun: Nicat dağlar hər görüşdən dərhal sonra məlumatı yazır, Hüseyn qardaşımızın çəkdiyi foto və videolarla birgə ictimaiyyətə təqdim edirdi. 
 


Tədbirlər silsiləsinə nemət olan Naxçıvan konfransı
 
4-6 may 2022-ci il tarixi ömrümüzün istinad günləri oldu. Hörmətli rektorumuzun dediyi gözəl fikirlərdən birinə diqqət çəkək. Südeif bəyə işarə edərək söylədi ki, belə şəxsiyyətləri təbliğ və təqdim etmək hər bir azərbaycanlının borcudur. Qoy gələcək nəslin nümayəndələri  hansı möhtəşəm şəxsiyyətlərin ölkəsində yaşadığını, hansı möhtəşəm məmləkətin vətəndaşları olduqlarını bilsinlər, dahiləri özmüzdə axtarsınlar başqa yerdə yox. 

Biz - TAİB-in təmsilçiləri də sizləri təqdim etmkdən şərəf duyuruq, cənab rektor. Övladlarını sizə tapşıran valideynlər rahatlığa çatmış insanlardır, gərəkdir bu həqiqəti də unutmasınlar. 
Unudulmazlıq qazanılan ən böyük nemətdir. Unudulmaz şəxsiyyət Heydər Əliyevin hər gününə həsr olunan bu konfrans da tədbirlər sislsiləsinə bir nemət kimi daxil oldu. 

Ceyhun Musaoğlu / Rupor.az

Diaspora