Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.
Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - o deyib.