İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı nəticəsində indiyədək 73 terrorçu zərərsizləşdirilib.
Qaziler.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
H. Akar qeyd edib ki, terrorçulara məxsus 102 mağara, sığınacaq, 524 əldəqayırma partlayıcı məhv edilib.
“Pençe-Kilit” antiterror əməliyyatı zamanı 10 türk əsgəri şəhid olub.