Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.
41 nəfər xilas edilib, onlardan 28-i hərbçi, 13-ü mülki şəxsdir.
Bu barədə Ukrayna baş nazirinin müavini, reinteqrasiya üzrə nazir İrina Vereşçuk “Telegram”da məlumat verib.
“Növbəti əsir mübadiləsi olub. 11-i qadın olmaqla 41 nəfər geri qaytarılıb. 28 hərbçi və 13 mülki şəxs evlərinə qayıdır”, – deyə o qeyd edib.
Mənbə: RBK-Ukrayna