"Zelenskiyə fevralda qaçmağı təklif edən kollektiv Qərb Putinin əslində təsəvvür edilən qədər güclü olmadığını hiss edib"
Conson Zelenskiyə Putinlə danışıqlara son verməyi və Rusiya ilə qələbəyədək vuruşmağı tövsiyə edib.
Moderator.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşrində dərc edilən məqalədə deyilir.
Ukrayna dövlətinin rəhbərinə yaxın olan adama istinadən müəllif iddia edir ki, belə bir tövsiyəni Ukrayna prezidentinə Böyük Britaniyanın baş naziri Boris Conson verib.
"Conson Kiyevə iki sadə mesajla gəlib: Putin hərbi cinayətkardır, onunla razılığa gəlmək yox, onu sonadək sıxmaq lazımdır.
İkincisi, əgər siz onunla təhlükəsizlik zəmanətləri üzrə hansısa sazişlər imzalamağa hazırsınızsa, biz hazır deyilik. Sizinlə saziş imzalaya bilərik, amma onunla imzalaya bilmərik, o, hamını onsuz da tərk edəcək", - məqalədə mənbədən iqtibas gətirilib.
Məqalə müəllifi güman edir ki, "fevralda Zelenskiyə təslim olmağı və qaçmağı təklif edən kollektiv Qərb indi Putinin əslində təsəvvür edilən qədər güclü olmadığını hiss edib".
Xəbər verdiyimiz kimi, məşhur biznesmen Yevgeni Çiçvarkin proqnoz edib ki, iki həftədən sonra Ukraynada vəziyyət o qədər dəyişəcək ki, gərginliyin yeni eskalasıyası baş verəcək və Putin Ərdoğan, Si Tszinpin və ya başqa birisi vasitəsilə sülh istəyəcək".
Bundan əvvəl isə hərbi ekspert Valeri Lebedev bəyan edib ki, ABŞ faktiki olaraq hətta sonadək Kiyevə ciddi silah tədarükü etməyə müqavimət göstərən və bundan imtina edən Qərb müttəfiqlərini bir araya gətirib.
Kiyevə Qərb tərəfdən silah tədarükündən danışarkən, ekspert İsveç haubitsalarına xüsusi diqqət yetirib: Lebedevin fikrinə görə, bunlar dünyada ən yaxşı artilleriya kompleksləridir və unikal atəş və cavab atəşilə mümkün məhvetmə rayonunu 30 saniyə ərzində tərk etmək imkanına malikdir.
Lebedev iddia edib ki, bu sistemlər təsir radiusuna görə təxminən 3 dəfə Rusiya analoqlarından üstündür. Komplekslər havadan qorunmalıdır və belə qorunma vasitələri artıq Kiyevə verilib.
Lebedevin fikrinə görə, Bayden administrasiyası Rusiya ilə Ukrayna arasındakı müharibədə strategiya və taktikanı əsaslı surətdə dəyişib.
Strateji cəhətdən bu məqsədi belə müəyyən etmək olar:
"Təkcə Ukraynaya qalib gəlməyə kömək etmək deyil, maksimal cəhətdən Rusiyanı zəiflətmək və gələcəkdə onu belə hücum əməliyyatları aparmaq qabiliyyətindən məhrum etmək üçün bütün mümkün olanları etmək gərəkdir".
Lebedev "Vaşinqton Post"da dərc edilən məqalədən iqtibas gətirib:
"Bu, artıq Ukraynanın müharibəsi deyil, bu, Qərbin "vəhşi Asiya ordasına qarşı olan müharibəsidir" və Ağ ev rəhbərinin azad dünyanın lideri olaraq onu uduzmaq ixtiyarı yoxdur".