İranda avtobus aşıb, ölənlər var

İranda avtobus aşıb, ölənlər var backend

İranda avtobusun dərəyə aşması insan tələfatına səbəb olub

Apa-nın Tehran bürosunun məlumatına görə, Xuzestan əyalətinin İzə bölgəsində turistləri daşıyan avtobus dərəyə aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtobusun dərəyə aşması nəticəsində sərnişinlərdən bir neçə nəfər nəqliyyat vasitəsinin altında qalıb. Onların xilasetməsi çətinliklə həyata keçirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır.

Diaspora