"Biz müdafiəni davam etdiririk" - "Azovstal" müdafiəçilərinin komandiri təcili müraciət yaydı

"Biz müdafiəni davam etdiririk" - "Azovstal" müdafiəçilərinin komandiri təcili müraciət yaydı backend

“Azov" polkonun komandiri, podpolkovnik Denis Prokopenko təcili müraciət yayıb.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, komandir Mariupol zavodunun ərazisində ağır qanlı döyüşlərin getfdyini bildirib: "Vəziyyət son dərəcə mürəkkəb olsa da, hərbçilər müdafiəni saxlamaqda davam edir. Düşmən qüvvələri üstünlük təşkil edir".

"İkinci gündür ki, düşmən zavodun ərazisinə soxulub" - Prokopenko deyib.

O, düşmənin hücumunu dəf etmək üçün çox böyük, inanılmaz səylər göstərən əsgərlərlə fəxr etdiyini vurğulayıb. Komandir Mariupol qarnizonuna böyük dəstəyə görə bütün dünyaya təşəkkür edib.

"Vəziyyət son dərəcə çətindir, lakin hər şeyə rəğmən, müdafiəni saxlamaq əmrini yerinə yetirməyə davam edirik", - deyə Prokopenko sözünü yekunlaşdırıb.

Diaspora