Türkiyə ordusu “Pençe Kilit” antiterror əməliyyatı çərçivəsində indiyə qədər 61 terrorçunu zərərsizləşdirib.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSK) komandanlığı ilə Şanlıurfaya gedən milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O qeyd edib ki, terrorçuların yerləşdiyi 82 mağara və sığınacaq dağıdılıb, 413 əldəqayırma partlayıcı məhv edilib.
"Bu mübarizədə yeganə hədəfimiz terrorçulardır. Bizim terrorçulardan başqa hədəfimiz yoxdur. Fəaliyyətimiz çərçivəsində dostumuz, qonşumuz və qardaşımız İraqın sərhədlərinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə son dərəcə hörmətlə yanaşırıq”, - deyə Akar bildirib.
Türk Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələri böyük qəhrəmanlıq, fədakarlıq və müvəffəqiyyətlə yerinə yetirməyə davam etdiyini ifadə edən Akar: “Çətin hava və ərazi şərtlərinə baxmayaraq, hər gün bir az da artan mübariz ruhla terrora qarşı mübarizəmizi davam etdiririk” -dedi.