Söhbət 7 hərbi, 7 mülki şəxsdən gedir.
Baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, bu gün 14 ukraynalı Rusiya əsirliyindən azad edilib.
Qaziler.az bildirir ki, bu barədə o, Telegram kanalında yazıb.
"Bu gün əsirlər dəyişdirilib. Biz 14 nəfərimizi evə qaytarırıq", - nazir bildirib.
Onun sözlərinə görə, söhbət 7 hərbçi və 7 mülki şəxsdən gedir.
“Bu mübadilə mənim üçün xüsusi əhəmiyyət daşıyır: hərbçilərdən biri 5 aylıq hamilədir”, deyə o, əlavə edib.