Ukrayna Rusiyanın itkilərini AÇIQLADI - İzyum istiqamətində... FOTO

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI - İzyum istiqamətində... FOTO backend

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 23 200 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1008 tankı, 2445 zirehli döyüş maşını, 436 artilleriya sistemi, 151 reaktiv yaylım atəş sistemi, 77 HHM sistemi, 190 təyyarəsi, 155 helikopteri, 1701 avtomobil texnikası, 8 gəmisi, 77 yanacaq-sürtkü materialları çəni, 232 kəşfiyyat PUA-sı, 32 xüsusi texnikası, 4 əməliyyat-taktiki raket kompleksi məhv edilib.

Son sutka ərzində düşmənin ən böyük itkisini İzyum istiqamətində verdiyi bildirilir. Məlumat dəqiqləşdirilir.

Diaspora