Ukrayna Baş Qərargahı: "Ötən sutkada Rusiyanın 10 hava hədəfi məhv edilib"

Ukrayna Baş Qərargahı:  "Ötən sutkada Rusiyanın 10 hava hədəfi məhv edilib" backend

Ötən sutkada Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 10 hava hədəfini məhv ediblər: 1 döyüş təyyarəsi, 9 “Orlan” PUA.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində işğalçı qüvvələrin 11 tank, 7 artileriya sistemi, 28 zirehli texnikası və 14 avtomobili zərərsizləşdirilib.

Bundan başqa, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiyanın 14 hücumu dəf edilib.

Xatırladaq ki, bu gün Ukrayna-Rusiya müharibəsinin 66-cı günü başlayıb.

Diaspora