Rusiya qüvvələrinin Şərqi Ukraynadakı əraziləri ələ keçirmək üçün döyüşdüyü Donetsk vilayətinin müxtəlif bölgələrində gərginlik artmaqda davam edir.
Məlumata görə, Luqansk vilayətində yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində dörd mülki şəxs həlak olub.
Limanda qızı və nəvəsi ilə birlikdə yaşayan Tatyana Maksaqorinin evinə Rusiya Ordusu tərəfindən bir neçə dəfə atəş açılıb.
“Bir partlayış oldu, sonra tüst çıxdı. Heç nə eşitmədim, sonra yerdə uzanan nəvəmi gördüm. Qızım ağlayırdı, mən heç nə görə bilmirdim və eşitmirdim”, – deyə o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: