Türkiyədən “S-400”lərin tədarükü barədə yeni AÇIQLAMA

Türkiyədən “S-400”lərin tədarükü barədə yeni  AÇIQLAMA backend

Türkiyə ABŞ-ın etirazına baxmayaraq, Rusiyadan “S-400” zenit-raket komplekslərini almağa davam edəcək.

Bu açıqlama ilə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir çıxış edib.

“Türkiyə Birləşmiş Ştatların nə deməsindən asılı olmayaraq, “S-400” ikinci partiyasını əldə etməyə hazırlaşır”, - İsmayıl Dəmir vurğulayıb.

Moskva və Ankara “S-400”lərin tədarükünə dair müqaviləni hələ 2017-ci ildə imzalayıb.

Beləliklə, Türkiyə bu sistemləri əldə edən ilk NATO ölkəsi olub. (oxu.az)

Mənbə: Vesti

Diaspora