Ukraynanın Xerson şəhərində Rusiya işğalına qarşı dinc etiraz aksiyası keçirilib.
Lakin aksiya elə ilk saatda qəddar şəkildə dağıdılıb. Belə ki, rusiyalı hərbçilər etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.
Nəticədə azı dörd nəfər yaralanıb: 71 yaşlı qadında döş qəfəsində yanıqlar və ağciyərin yırtılması, 50 yaşlı kişidə ayağın açıq sınığı, iki kişidə isə gözün və burun-udlağın kimyəvi yanığı müəyyən olunub. (musavat.com)