Bazar ertəsi silahlı şəxslər Xerson Şəhər Şurasının binasına daxil olublar.
Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda Xerson meri məlumat verib.
Şəhər meri İqor Kolıxayev bildirib ki, Xersonda rus işğalçıları meriyanın binasını zəbt ediblər.
“Bu gecə silahlı şəxslər Xerson Şəhər Şurasının binasına daxil olub, açarları götürüblər, bizim mühafizəçiləri özlərininki ilə dəyişiblər.
Kolıxayevin sözlərinə görə, o, saat 19:45-də binanı tərk edərkən Ukrayna bayrağı hələ də meriyanın üzərində olub.
"Təfərrüatları sonra. Mən sizinləyəm", - mer əlavə edib.