Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın 300-dən çox zabiti, o cümlədən Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayor həlak olub. Döyüş qabiliyyəti ən yüksək olan hərbi birləşmələrin - xüsusi təyinatlıların, dəniz piyadalarının, paraşütçülərin bir hissəsi olan azı 500 əsgər zərərsizləşdirilib.
Bu barədə könüllülər qrupu ilə birlikdə Ukrayna ərazisində Rusiya hərbçilərinin məhv edilməsi ilə bağlı 1 700-dən çox nəşri tədqiq edən "Mediazona" internet nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, xüsusilə, 2014-cü ildə Ukraynanın şərqində döyüşən Kostroma və Pskov desantları böyük itki verib.
“... Döyüş meydanında vəzifələrinə ümumiyyətlə xarici ərazilərdə müharibə aparmaq daxil olmayanlar da var idi: Milli Qvardiyanın 70-dən çox döyüşçüsü öldürüldü...”, - nəşrin materialında deyilir.
Jurnalistlər Ukraynada 7 helikopter pilotunun və azı 20 pilotun da zərərsizləşdirildiyini öyrəniblər.(report.az)