Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibət bildirib.
Nazirlər Kabinetinin iclasından sonra çıxış edən prezident Ərdoğan Baydenin “soyqırım” bəyanatına sərt reaksiya verib.
Qaziler.az xəbər verir ki, qardaş ölkənin lideri bildirib ki, ABŞ prezidentinin bəyanatının üzərində dayanmağa dəyməz:
"Cənab Bayden əvvəlcə ermənilərlə tarixini yaxşı bilməlidir. Bunları bilmədən Türkiyəyə meydan oxumasını bağışlamamız mümkün deyil", Ərdoğan sözlərini belə davam etdirib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden 24 aprel 1915-ci il hadisələrinin 107-ci ildönümü ilə bağlı bəyanatını dərc edib və 1915-ci il hadisələri ilə bağlı açıqlamasında bir daha “soyqırım” ifadəsini işlədib.