Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini məhv edib.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, kəşfiyyatın verdiyi məlumata görə, ruslar sözügedən məntəqəni təmas xəttinə yaxın məsafədə yerləşdiriblər.
Bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Ukrayna hərbçilərinin zərbələri nəticəsində Rusiya ordusunun iki generalın öldürüldüyü, birinin ağır yaralandığı bildirilir.
Əməliyyat dünən, aprelin 22-də həyata keçirilib.