Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb backend

Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikov ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Nazirlikdən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı ən qısa zamanda Ukraynada atəşkəs elan edilməsinin vacibliyi, Türkiyənin ticarət gəmilərinin və A400 təyyarələrinin ölkəyə təhlükəsiz şəkildə gəlməsinin təmin edilməsi mövzuları müzakirə olunub.

Bundan əlavə, nazir Akar bir daha Türkiyənin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni etməyə davam edəcəyini vurğulayıb.

Diaspora